“Sumqayıt” klubunun yeni baş məşqçisi bəlli oldu

“Sumqayıt” klubunun yeni baş məşqçisi bəlli olub.

“Gənclik şəhəri” təmsilçisindən Yenicag.az-a verilən məlumata görə, komanda Samir Abasova tapşırılıb.

44 yaşlı mütəxəssisin müqaviləsi 2024/2025 mövsümünün sonunadək nəzərdə tutulub. O, bu postda belaruslu Aleksey Baqanı əvəzləyib.

Qeyd edək ki, Samir Abasov 2015 – 2018-ci illərdə “Sumqayıt”a rəhbərlik edib.