“Sumqayıt” – “Neftçi” matçı bərabər hesabla yekunlaşdı

Azərbaycan Premyer Liqasında XIII turun oyunları keçirilir. 

Yenicag.az xəbər verir ki, turun növbəti görüşü “Sumqayıt” və “Neftçi” komandaları arasında baş tutub.

Sumqayıtda keçirilən qarşılaşmada qalib müəyyənləşməyib – 2:2.

“Sumqayıt” – “Neftçi” 2:2
Qol: R.Qadze, 41. M.Xaçayev, 61 – Q.Donyo, 47. A.Caber, 87.
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Vüsal Məmmədov, Vüqar Həsənli.
“Sumqayıt Arena”, 19:30.