Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI turun daha bir oyunu keçirilib.
Yenicag.az xəbər verir ki, günün ilk matçında “Sumqayıt” “Neftçi”ni qəbul edib.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib – 2:1. Topa ilk toxunuşu 1966-cı ildə bu arenadakı ilk matçda fərqlənmiş Telman Salahov edib.
“Gənclik şəhəri” təmsilçisinin heyətində 8 və 37-ci dəqiqədə Kasimir Ninqa adını tabloya yazdırıb. 90+7-ci dəqiqədə Filip Ozobiç penaltini dəqiq yerinə yetirib.
Qəbələ sayəsində xallarının sayını 34-ə çatdıran “Sumqayıt” ikinci pilləyə yüksəlib. “Ağ-qaralar” isə hələlik 32 xalla üçüncüdür.
Qeyd edək ki, bu, Mehdi Hüseynzadə adına stadionda yenidənqurmadan sonra ilk oyun olub. Günün ikinci qarşılaşmasında “Zirə” “Qəbələ”nin qonağı olacaq. Tura fevralın 5-də “Kəpəz” – “Araz-Naxçıvan” qarşılaşması ilə yekun vurulacaq. Ötən gün “Qarabağ” “Səbail”i məğlub edib – 2:1. “Sabah” – “Turan Tovuz” matçında qalib müəyyənləşməyib – 1:1./Report/