!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Sumqayıt” “Neftçi”yə qalib gəldi

!Reklam – Yazi

Misli Premyer Liqasının XVI turunda “Sumqayıt” “Neftçi”yə qalib gəlib.

Yenicag.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan matçda ev sahibləri 2:0 hesablı qələbəyə sevinib.

Hesabı 20-ci dəqiqədə Kamran Quliyev açıb. Fasiləyə 2 dəqiqə qalmış isə Cordan Rezabala yekun hesabı müəyyənləşdirib.

Bu qələbə sayəsində xallarının sayını 19-a çatdıran “Sumqayıt” altıncı pillədə yer alıb. “Neftçi” isə 13 xalla səkkizinci sırada qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki görüşülərində “Araz-Naxçıvan” “Səbail”i 2:0, “Zirə” isə ‘Kəpəz”i 4:0 hesabı ilə məğlub edib. “Sabah” və “Qarabağ” komandalarının duelində qalib müəyyənləşməyib – 1:1.

www.yenicag.az

456
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv