Azərbaycan Premyer Liqasının XXXII turunda bu gün keçiriləcək “Sumqayıt” – “Qarabağ” matçına indiyədək 6 000-ə yaxın bilet satılıb.
Yenicag.az xəbər verir ki, bu barədə “Report”a “gənclik şəhəri” təmsilçisinin mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev məlumat verib.
Onun sözlərinə görə, qalan biletlər 2 manatlıq sektorlara aiddir: “Saat 12:00-dan sonra kassa açılacaq və qarşılaşmanın start fitinədək fəaliyyətdə olacaq. Düşünürəm ki, bu müddətdə də bütün biletləri sata bilərik. Satışda təxninən 2 minədək bilet qalıb”.
Qeyd edək ki, “Sumqayıt” – “Qarabağ” matçı aprelin 28-də, saat 20:00-da start götürəcək./Report/