Sumqayıt qatarı qəza törətdi – Azyaşlı öldü

136294_0_elektrik_qatari6Bu gün Sumqayıtdan Bakı istiqamətində hərəkət edən qatar qəza törədib.

Hadisə şahidlərinin verdiyi məlumata görə, 07:10 radələrində Sumqayıt sərnişin stansiyasından çıxan qatar dəmiryolu xətti üzərində azyaşlı uşağı vurub.

Hadisə dəmiryolu xəttinin Bakı dəmiryolu stansiyasına yaxın ərazidə baş verib.

Məlumata görə, azyaşlı uşaq hadisə yerindəcə keçinib.

Qəza nəticəsində Bakı–Sumqayıt elektrik qatarının hərəkətində 20 dəqiqə gecikmə olub.

Qeyd edək ki, Bakı-Sumqayıt qatarı bir neçə gün öncə- sentyabrın 15-də istifadəyə verilmişdi(azvision).