“Sumqayıt”-“Qəbələ” matçı qolsuz bərabərliklə başa çatdı

Futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun daha bir oyunu keçirilib.

Yenicag.az xəbər verir ki, günün ilk matçında “Sumqayıt” “Qəbələ”ni qəbul edib.

Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb – 0:0.

Bu nəticədən “gənclik şəhəri” təmsilçisi 15 xalla 7-ci, “qırmızı-qaralar” 8 xalla 9-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, günün digər görüşündə “Neftçi” “Sabah”ı qəbul edəcək. XI tura sabah “Araz-Naxçıvan” – “Qarabağ” oyunu ilə yekun vurulacaq. Əvvəlki qarşılaşmalarda “Turan Tovuz” “Kəpəz”i 4 cavabsız qolla üstələyib. “Zirə” – “Səbail” matçında isə qalib müəyyənləşməyib – 2:2.

COP29