Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün tamaşaçı rekordu təkrarlanıb.
Yenicag.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, XXXVI turun “Sumqayıt” – “Qəbələ” matçına təsadüf edib.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı oyunu 9300 seyrçi izləyib.
Bu, mövsümün ən yüksək göstəricisinin təkrarıdır. XXXII turun “Sumqayıt” – “Qarabağ” görüşündə də eyni sayda izləyici olub.
Aprelin 28-də keçirilən görüş də eyni arenada baş tutub.
Qeyd edək ki, 9300 tamaşaçının olduğu hər iki qarşılaşmada meydan sahibləri 1:0 hesabı ilə qalib gəliblər.