“Sumqayıt” sabiq məşqçisinə təzminat ödəyəcək

“Sumqayıt”ın sabiq məşqçisi Elnur Çodarovun müraciəti əsasında Beynəlxalq İdman Arbitraj Məhkəməsinin (CAS) araşdırması yekunlaşıb.

Yenicag.az xəbər verir ki, bu barədə AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinin sabiq sədri Nailə Rüstəmzadə “facebook” hesabında paylaşım edib.

Qurum məşqçinin şikayətində haqlı olduğunu bildirib. CAS-ın qərarına əsasən “Sumqayıt” klubunu müqavilənin pozulmasına görə Elnur Çodarova 10725 (on min yeddi yüz iyirmi beş) manatı məbləğində təzminat ödəməlidir.