Sumqayıt sakini narkotik vasitənin təsirindən ölüb

Sumqayıtda küçədə meyit tapılıb.

Yenicag.az xəbər verir ki, şəhərin 1-ci mikrorayon ərazisində küçədə kişi meyiti aşkarlanıb.

Aparılan araşdırma nəticəsində meyiti tapılan şəxsin 1-ci mikrorayon sakini 1980-ci il təvəllüdlü Cəfərov Asif Bünyad oğlu olduğu məlum olub.

Onun narkotik vasitənin təsirindən öldüyü bildirilir.

Meyit aidiyyatı üzrə təhvil verilib./Apa/