Sumqayıt sakinindən tapança və patronlar götürülüb.
DİN Mətbuat Xidmətindən Yenicag.az-a verilən məlumata görə, Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarş tədbirləri nəticəsində saxlanılan Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş H.Mirzəyevdən “Ceska-Zbroscvka” markalı tapança, 1 ədəd patron darağı və 4 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb.