Sumqayıt Texnologiyalar Parkında faciə: 27 yaşlı fəhlə öldü

Sumqayıt şəhərində istehsalat zamanı bədbəxt hadisə baş verib.

Yenicag.az xəbər verir ki, Bakının 1991-ci il təvəllüdlü Yasamal rayon sakini Quluzadə Fərhad Mətləb oğlu STP (Sumqayıt Texnologiyalar Parkı) ərazisində işlədiyi zavodların birində hündürlükdən yıxılaraq ölüb.

Hadisə ehtiyatsızlıqdan baş verib. Gəncin meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Report

COP29