Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun daha bir oyunu keçirilib.
Yenicag.az xəbər verir ki, günün ilk matçında “Sumqayıt” “Tovuz Turan”ı qəbul edib.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı qarşılaşma qolsuz bərabərliklə başa çatıb.
“Gənclik şəhəri” təmsilçisi hazırda 36 xalla 2-ci, Tovuz klubu 30 xalla 8-ci pillədə qərarlaşıb.
Günün ikinci matçında “Neftçi” və “Zirə” üz-üzə gələcəklər. Ötən gün “Sabah” “Kəpəz”i məğlub edib – 3:2. “Səbail” – “Araz-Naxçıvan” görüşündə qalib müəyyənləşməyib – 2:2.
Qeyd edək ki, turun “Qəbələ” – “Qarabağ” oyunu Ağdam təmsilçisinin avrokuboklardakı çıxışı ilə əlaqədar fevralın 28-nə təxirə salınıb./Report/