Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun daha iki oyunu keçiriləcək.
Yenicag.az xəbər verir ki, ilk olaraq “Sumqayıt” “Turan Tovuz”u qəbul edəcək.
Qarşılaşma saat 15:30-da start götürəcək. “Gənclik şəhəri” təmsilçisi 35 xalla ikinci, Tovuz klubu 29 xalla səkkizinci pillədə qərarlaşıb.
Günün ikinci matçında “Neftçi” və “Zirə” üz-üzə gələcəklər. Görüş saat 18:00-da başlanacaq. 32 xala malik komandalar 2-3-cü yerləri bölüşdürürlər.
18 fevral (bazar)
15:30. “Sumqayıt” – “Turan Tovuz”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Kamranbəy Rəhimov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Seymur Səlimli
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
18:00. “Neftçi” – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Emin Cəfərov
“Neftçi Arena”.
Qeyd edək ki, turun “Qəbələ” – “Qarabağ” oyunu Ağdam təmsilçisinin avrokuboklardakı çıxışı ilə əlaqədar fevralın 28-nə təxirə salınıb.