“Sumqayıt” Türkiyədə “Sivasspor”la üz-üzə gələcək

Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışında olan “Sumqayıt” klubunun yoxlama oyununda üz-üzə gələcəyi rəqiblərdən biri dəqiqləşib.

Yenicag.az-ın məlumatına görə, “gənclik şəhəri” təmsilçisi Superliqada çıxış edən “Sivasspor”la üz-üzə gələcək.

İyulun 23-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, “Sumqayıt” iyulun 27-dək Ərzurum şəhərində məskunlaşacaq.