Sumqayıta qazın verilişi tam bərpa olundu

Sumqayıtda 38 min abonentin qazı kəsilib.

Yenicag.az xəbər verir ki, bu barədə Sumqayıt Qaz İstismar idarəsindən bildirilib.

Məlumata görə, Ceyranbatan ərazisində zəncirli traktorun qaz xəttini zədələməsi nəticəsində abonentlərə qazın verilişində fasilələr yaranıb.

Problem bir neçə saat ərzində həll olunacaq.