Sumqayıtda 1 məmur həbs edildi, 2-si axtarışa verildi – 4 ölüm faktı – Yenicag.Az

Reklam

Reklam

Prokurorluq orqanları tərəfindən əməyin mühafizəsi, yanğın və texniki təhlükəsizliyi qaydalarının tələblərinin pozulmasının qarşısının alınması, vəzifə öhdəliklərinə səhlənkar yanaşan şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində qətiyyətli tədbirlərin görülməsi davam etdirilir.

Baş Prokurorluqdan Yenicag.az-a verilən məlumata görə, cari il iyulun 28-də saat 19 radələrində Bakı-Quba yolunun 29 km-də fəaliyyət göstərən avtotəmir sexində “DAF” markalı yük avtomobilinin yanacaq çənində qaynaq işləri aparılarkən çənin partlaması nəticəsində orada usta işləyən Müsü Məlikov, Akif Quliyev, Rövşən Məlikov və avtomobilin sahibi Fərhad Rüstəmovun yanıq xəsarətlərindən ölmələri faktına görə Sumqayıt şəhər prokurorluğunda cinayət işi başlanıb.

Aparılmış istintaqla müəyyən edilmişdir ki, üzərlərinə yanğın təhlükəsizliyinə cavabdehlik vəzifəsi qoyulmuş MMC-nin vəzifəli şəxsləri tərəfindən əməyin mühafizəsi, elektrik qaynaq işləri zamanı texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarının tələbləri kobud şəkildə pozulmaqla bilik və təcrübəsi yoxlanılmamış, xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təchiz olunmamış işçilər qaynaq işlərinə cəlb olunmuşlar.

İş üzrə qaynaq və digər odlu işlərin görüləcəyi ərazidə və binalarda yanğın təhlükəsizliyinə cavabdehliyi öz üzərinə götürmüş MMC-nin baş mühasibi Elçin Salmanov Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Həmçinin, iş üzrə MMC-nin direktoru Səyavuş Qurbanzadə və yanğın təhlükəsizliyinə cavabdeh Hüseyn Kazımov Azərbaycan Respublikasının hüdudlarından kənarda olduqlarından barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilməklə axtarışa verilmişlər.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1443
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."