Sumqayıtda 2 maşın toqquşdu

Vaz_2107_Crash_160113df8Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Bu haqda məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Məlumatda deyilir ki, Sumqayıt şəhərində şəhər sakinləri Xalid Ələkbərovun və Ceyhun Qurbanovun idarə etdikləri “VAZ” markalı avtomaşınlar toqquşub.

C.Qurbanov və onun 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Hazırda Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.