Sumqayıtda təmirə bağlanan 36 nömrəli məktəbdə intihar hadisəsi baş verib.
Yenicag.az Metbuat.az-a istinadən xəbər verir ki, Sumqayıt sakini 20 yaşlı Elvin Əhmədov özünü asıb. Məlumata görə, Elvinin ailəsi sevdiyi qızla evlənməsinə razı olmayıb. Bu səbəbdən gənc bu addımı atıb.
Onun meyiti aidiyyatı üzrə təhvil verilib.
Qeyd edək ki, Elvin bir neçə ay bundan öncə hərbi xidmətdən qayıdıb.