Sumqayıtda 3 otaqlı ev yandı

Sumqayıt şəhərində ümumi sahəsi 180 m² olan, birmərtəbəli, 3 otaqlı, mansar tipli evin yanar konstruksiyaları yanıb.

Yenicag.az xəbər verir ki, bu haqda FHN məlumat yayıb.

Bildirilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.