Sumqayıtda 4 otaqlı ev yandı

Sumqayıtda yanğın hadisəsi qeydə alınıb.

Yenicag.az FHN-ə istinadən xəbər verir ki, şəhərdə şəhərində ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının tavanı 20 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.