Sumqayıtda 76 yaşlı kişiyə qarşı quldurluq edildi

Sumqayıt şəhərində 76 yaşlı kişiyə qarşı quldurluq edilib.

Yenicag.az xəbər verir ki, V.Cəfərov adlı şəxs polisə müraciət edərək bildirib ki, yaşadığı 45-ci məhəllə, ev 8 ünvanında blokdan içəri daxil olan zaman naməlum şəxs ona qarşı quldurluq edərək cibində olan 609 manatı götürərək hadisə yerindən qaçıb.

Polis quldurluqda şübhəli bilinən şəxsi axtarır.