!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sumqayıtda Ağır Cinayətlər Məhkəməsi təşkil edilir - SƏRƏNCAM

!Reklam – Yazi

Prezident İlham Əliyev Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin təşkili haqqında sərəncam imzalayıb.

Yenicag.az xəbər verir ki, Məhkəmə-Hüquq Şurasının təklifini nəzərə alaraq, Azərbaycan Respublikasında məhkəmə sistemini təkmilləşdirmək məqsədilə qərara alınır:

– Sumqayıt şəhərində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi təşkil edilsin.

Məhkəmə-Hüquq Şurasına tövsiyə edilsin ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ərazi yurisdiksiyasını müəyyən etsin.

Azərbaycan Respublikasının Nazirlər Kabineti:

– Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin fəaliyyəti üçün zəruri şərait yaradılması məqsədilə onun bina, avadanlıq, rabitə, nəqliyyat və digər təşkilati-texniki vasitələrlə təmin edilməsi ilə bağlı tədbirlər görsün;

– maliyyə təminatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi vasitəsilə həyata keçirilən məhkəmə aparatları işçilərinin ümumi sayının artırılmasını təmin etsin;

– bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

www.yenicag.az

376
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv