Sumqayıtda ağır qəza – ölən var

244596Sumqayıt şəhərində ölümlə nəticələnən daha bir ağır yol qəzası baş verib.

Şəhərin Koroğlu küçəsində “BMW” və “VAZ 2106” markalı iki minik avtomobili toqquşub.

Nəticədə “VAZ 2106″da olan 58 yaşlı qadın aldığı xəsarətlərdən vəfat edib. Avtomobilin 60 yaşlı sürücüsü və 5 yaşlı sərnişin oğlan müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (Lent.az)