!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sumqayıtda ağır qəza: yaralanan var - Fotolar

!Reklam – Yazi

Sumqayıtda idarəetməni itirən sürücü ağır qəzaya uğrayıb.

Yenicag.az-a daxil olan məlumata görə, hadisəyə yüksək sürət səbəb olub. Sumqayıt şəhərində gecə saatlarında ağır yol nəqliyyat hadisəsi baş verib. Qəza şəhərin Koroğlu küçəsində qeydə alınıb. Şəhər sakini 32 yaşlı Elimdar Aslanov idarə etdiyi Vaz 2109 markalı 90 BR 653 dövlət nömrə nişanlı avtomobili ilə hərəkətdə olarkən qəfildən idarəetməni itirib və yolun kənarındakı ağaca çırpılıb. Hadisə yerinə dərhal Fovqəladə Hallar Nazirliyinin Sumqayıt Regional şöbəsinin xüsusi riskli xilasetmə hissəsinin əməkdaşları cəlb olunub. Sürücü deformasiyaya uğramış avtomabildən çıxarılıb. Yaralı Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasının travmatalogiya şöbəsinə yerləşdirilib.

Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Yenicag.az

www.yenicag.az

553
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv