Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Sumqayıtda ağır qəza: yol polisi ölüb, iki nəfər yaralanıb - YENİLƏNİB  

Bakı-Quba yolunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Yenicag.az bildirir ki, 1991-ci il təvəllüdlü Xızı rayon sakini Bəkirzadə Xəyyam Yusif oğlu Bakı-Quba yolunun 34-cü km-də, Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində şəxsi avtomobili ilə hərəkətdə olarkən “Ford” markalı maşınla toqquşub.

Ağır qəza zamanı sürücü Xəyyam Bəkirzadə elə yerindəcə ölüb. Digər avtomobildə olan iki nəfər ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Qəza zamanı avtomobillərdən biri yanaraq kül olub.

X.Bəkirzadə Xızı rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşıdır və növbədən çıxaraq şəxsi avtomobili ilə evə gedirmiş.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

8212
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM