Sumqayıtda avtomobil yandı

Sumqayıt şəhərində avtomobil yanıb.

Yenicag.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, şəhər ərazisində “Mercedes” markalı minik avtomobilinin 1 ədəd oturacağı və 1 ədəd ədəd arxa təkəri, qismən yük yeri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.