Sumqayıtda avtomobildən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində “Mercedes” markalı avtomobildən 300 manat pul və bank kartının oğurlanması barədə polisə məlumat daxil olub.

Yenicag.az xəbər verir ki, Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş R.Bayramov saxlanılıb.

Araşdırmalarla saxlanılan şəxsin oğurladığı bank kartından alış-veriş etməsi də müəyyən olunub.