Sumqayıtda avtomobildən oğurluq edildi

Sumqayıtda avtomobildən oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 14-də H.Z.Tağıyev qəsəbəsi ərazisində “Toyota” markalı avtomobildən 8200 manat oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş S.İsmayılov saxlanılıb.

Araşdırma aparılır.