Sumqayıtda avtoxuliqanlıq edən avtobus sürücüsü saxlanıldı – FOTO

Sumqayıtda avtobus sürücüsü yol polisinin “Saxla” əmrinə tabe olmayıb.

Yenicag.az xəbər verir ki, YPX əməkdaşları tərəfindən avtobus sürücüsünə müvafiq əmr verilib.

Lakin o, polisin əmrinə tabe olmayıb və hərəkəti davam etdirib. Yüksək sürətlə şəhərin yolları ilə şütüyən avtobusu saxlamaq üçün Sumqayıt Dövlət Yol Polisi əməkdaşları maneə yaradaraq istəklərinə müvəffəq olublar. İlkin ehtimala görə, sürücü içkili olub.

Sürücü polis əməkdaşları tərəfindən saxlanılıb, araşdırma aparılır./Unikal.org/