Sumqayıtda azyaşlı uşağın əli ətçəkən maşında qaldı

Sumqayıtda azyaşlının əli ətçəkən maşında qalıb.

Yenicag.az FHN-nin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər azyaşlının əli ət çəkən maşında sıxılmış vəziyyətdə qalıb.

Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri uşağa lazımi köməklik göstərib və onu aidiyyəti üzrə təhvil veriblər.

COP29