Sumqayıtda bağlı qapı arxasında olan şəxs xilas edildi

Sumqayıtda bağlı qapı arxasında olan şəxs xilas edilib.

Yenicag.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Sumqayıt şəhərində 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və azyaşlını aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.