Sumqayıtda beşmərtəbəli binada yanğın: 5 nəfər xilas edildi

Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 4-cü mərtəbəsində quraşdırılmış elektrik lövhəsində 10 ədəd elektrik sayğacı və 8 p.m elektrik kabeli yanıb.

Yenicag.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 5 nəfər bina sakini xilas edilib.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

COP29