Sumqayıt şəhərində yaşayış binasında yanğın olub.
Yenicag.az xəbər verir ki, Sumqayıt şəhərində dördmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 30 kvadratmetr olan 1 otaqlı mənzilin 2 kvadratmetr sahəsi yanıb. Yanğın zamanı mənzillərdən 12 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə edilib.
Alov yanğınsöndürənlər tərəfindən söndürülüb, mənzilin qalan hissəsi isə yanğından mühafizə olunub.