Sumqayıtda bina yanıb

df1801750c02d7546cda9bbdf07c5b4aSumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Binanın 4-cü mərtəbəsində vətəndaşa məxsus mənzilin eyvanında 1 ədəd 5 litrlik propan qaz balonun alışması nəticəsində 2 kvadrat metr sahədə ev əşyaları yanıb.

Yanğın zamanı yuxarı mərtəbələrdən 16 sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.(APA)