Sumqayıtda binada uçqun oldu – Xəsarət alanlar var

Sumqayıtda yaşayış binasında uçqun hadisəsi baş verib.

Yenicag.az Report-a istinadən xəbər verir ki , hadisə 12-ci mikrorayonda qeydə alınıb.

İlkin məlumata görə, binanın giriş hissəsi uçub. Hadisə zamanı dağıntıların altında qalanların olduğu bildirilir.

Hadisə yerinə xilasedicilər cəlb edilib.