Sumqayıtda birmərtəbəli evdə yanğın oldu

Sumqayıtda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, Sumqayıt şəhərində ümumi sahəsi 140 m² (1-ci mərtəbəsi 70 m², mansardı 70 m²) olan birmərtəbəli mansard tipli evin mansardının döşəməsi 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.