Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Sumqayıtda dəhşət - İki qardaş spirt içib öldü

Sumqayıtda iki qardaş içdikləri spirtdən zəhərlənərək ölüb.

Yenicagaz-ın məlumatına görə, şəhərin 8-ci mikrorayon sakinləri olan qardaşlar – 1972-ci il təvəllüdlü Simirnov İqor Mixayloviç və 1982-ci il təvəllüdlü Simirnov Nikolay Mixayloviç axşam saatlarında xəstəxanalardan birinin həyətinə gələrək, aldıqları metil spirtini içiblər. Bir müddət sonra hər ikisinin vəziyyəti ağırlaşıb.

İ.Smironov Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına, qardaşı N.Smirnov isə paytaxtdakı xəstəxanalardan birinə göndərilib.

Həkimlərin səylərinə baxmayaraq, hər iki qardaş spirtin təsirindən ölüb. Onların meyitləri aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır./APA/

www.yenicag.az

474