!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sumqayıtda dəhşətli qətl: Ər arvadına 18 bıçaq zərbəsi vurdu

!Reklam – Yazi

Sumqayıtda qətl törədilib.

Sumqayıt şəhər Prokurorluğundan Yenicag.az-a verilən məlumata görə, şəhərin 9-cu mikrorayonda qohumlarının evində müvəqqəti yaşayan Beyləqan rayon sakinləri – 1972-ci il təvəllüdlü Rəfail Feyziyev qısqanclıq zəminində həyat yoldaşı, 1981-ci il təvəllüdlü Rafət Feyziyevanı bıçaqlayaraq öldürüb.

R. Feyziyev saxlanılıb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

Qətlin təfərrüatı da məlum olub. “Report”un verdiyi məlumata görə, kişi həyat yoldaşının ona xəyanət etdiyini öyrənib və yaşadığı mənzildən onun yad kişi ilə fotoşəklini tapıb. Bundan sonra o, həyat yoldaşı Rafət Feyziyevanı yaşadıqları mənzildə 18 bıçaq zərbəsi ilə qətlə yetirib.

Qeyd edək ki, mərhumun iki övladı var.

www.yenicag.az

2818
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv