Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Sumqayıtda dəhşətli qəza - Maşın piyadanın üstünə aşdı - Ölən var

Sumqayıtda ağır yol qəzası baş verib.

Yenicag.az-ın məlumatına görə, hadisə Sumqayıt Su Elektrik Stansiyasının yaxınlığında baş verib.

Şəhər sakini Abdulov Müşfiq Eynulla oğlu idarə etdiyi 90 BJ 541 dövlət nömrə nişanlı “Opel” markalı avtomobillə hərəkətdə olarkən qəfil idarəetməni itirib.

Hadisə nəticəsində avtomobil yolun kənarındakı dayanacaqda dayanan piyada, 1989-cu il təvəllüdlü Əliyev Elnur Elman oğlunun üzərinə aşıb. Avtomobilin altında qalan E.Əliyev hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb./Trend/

www.yenicag.az

5661