Sumqayıtda dəhşətli qəza – Ölənlər var

Sumqayıtda dəhşətli avtomobil qəzası baş verib.

Yenicag.az xəbər verir ki, “Kamaz“ markalı yük avtomobili və “Mercedes” markalı minik avtomobili toqquşub.

Nəticədə minik avtomobilində olan 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Hadisə yerinə cəlb olunmuş Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri cəsədləri və xəsarət alan şəxsi deformasiyaya uğramış avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.