Sumqayıtda dəhşətli qəza: Piyada öldü

Sumqayıt şəhərinin Z.Hacıyev küçəsində “Audi” markalı avtomobillə şəhər sakini vurulub.

Yenicag.az DİN-ə istinadən xəbər verir ki, dekabrın 14-də saat 9 radələrində Sumqayıt şəhərinin Z.Hacıyev küçəsində şəhər sakini Elməddin Kərimov idarə etdiyi “Audi” markalı avtomobillə yolu keçən şəhər sakini Füzuli Yusifovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.