Sumqayıtda dönərxana yandı

Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən, ümumi sahəsi 40 m² olan obyektin (dönərxana kimi fəaliyyət göstərir) tüstü bacasında yağ qalıqları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a bildirilib ki, obyekt yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.