!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sumqayıtda elektrik sayğacları yandırılıb - Video, Fotolar

!Reklam – Yazi

Sumqayıtda törədilən hadisə sakinləri küçələrdə gecələməyə məcbur edib.

Yenicag.az-a daxil olan məlumata görə, Sumqayıt şəhərində elektrik sayğaclarının yandırılması bina sakinlərini təşvişə salıb. 4 girişli binada mövcud olan elektrik sayğacları gecə saatlarında qəsdən yandırılıb. Hadisə şəhərin 1-ci mikrorayon Nərimanov küçəsi bina 45 a / 19 ünvanında qeydə alınıb. Sakinlərin sözlərinə görə, gecə saatlarında binada qəflətən işıqlar sönüb ve yanğın baş verdiyi bildirilib. Hər kəs həyəta axışanda isə elektrik sayğaclarının alışdığının şahidi olublar. Binada mövcud elektrik sayğacların demək olar ki, əksərriyəti yanıb. Ümumilikdə 30-dan çox elektrik sayğacı yanaraq sıradan çıxıb.

Sakinlər iddia edirlər ki, sayğaclar qəsdən yandırılıb. Bunu deməyə haqlı səbəbləri də var. Çünki, yanğın baş verən ərazidə yanmış parça qalıqları tapılıb. Gecə saatlarında törədilən yanğın hadisəsi bir neçə gün təkrarlanıb. Bu isə sakinlər arasında təşvişə səbəb olub. Hadisədən “Azərişıq” ASC-nin Şimal Regional Enerji Təhcizatı və Satışı idarəsidə xəbərdardır. Yanğın baş verən binaya baxış keçirilib və mənzillərə elektrik enerjisinin verilişi bərpa edilib.

Faktla bağlı araşdırmalar aparılır.

https://youtu.be/FeE0-cRTC0c

Yenicag.az

www.yenicag.az

677
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv