Sumqayıtda faciə – 18 yaşlı gənc öldü

Sumqayıtda 18 yaşlı qız dəm qazından boğularaq ölüb.

Yenicag.az xəbər verir ki, hadisə şəhərin “Xəzər bağları” yaşayış massivində qeydə alınıb. Belə ki, 2004-cü il təvəllüdlü Şamilova Səbinə Xanlar qızı hamamda dəm qazından boğulub.
Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.