Sumqayıtda faciə – Avtobus sürücüsü sükan arxasında öldü – VİDEO

Sumqayıtda avtobus sürücüsü sükan arxasında ölüb.

Yenicag.az xəbər verir ki, hadisə 3 nömrəli marşrut avtobusunda baş verib.

Belə ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi istiqamətində hərəkət edən avtobusun sürücüsünün sükan arxasında vəziyyəti pisləşib.

İnfarkt keçirən sürücü dünyasını dəyişib./Qafqazinfo/