Sumqayıt şəhərində gənc qadın 5-ci mərtəbədən yıxılıb.
Yenicag.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Sülh küçəsində qeydə alınıb.
Adı hələ ki, məlum olmayan təqribən 20-25 yaşlarında gənc qadın yaşayış binasının 5-ci mərtəbəsindən yerə çırpılıb.
Yaralı ağır vəziyyətdə Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.