Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Sumqayıtda gizli fəaliyyət göstərən kafe aşkar olunub

Sumqayıt şəhəri ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən və müştərilərə yerində xidmət göstərən kafe aşkar olunub.

Yenicag.az xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı 9-cu mikrorayonda yerləşən “Röyal” kafesində müştərilərə yerində xidmət göstərildiyi məlum olub. Obyektə baxış zamanı oranın icarədarı 1986-cı il təvəllüdlü Zeynalov Emin Nazim oğlu və daha 28 nəfər müştəri xüsusi karantin qaydalarını pozduqları üçün saxlanılaraq Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsinə gətirilib.

Xüsusi karantin qaydalarını pozan obyektin icarədarı inzibati qaydada həbs edilib. Müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati protokol tərtib edilib.

Onların hər biri isə 200 manat məbləğində cərimələnib.

www.yenicag.az

358
reyting.az
www.onlinepress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100