Sumqayıtda güclü yanğın

Sumqayıtda mağaza və dönərxanada yanğın olub.

Yenicag.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, şəhərin Hacı Zeynalabdin qəsəbəsində ümumi sahəsi 61 m² olan bir dam altında tikilən obyektlərdən sahəsi 42 m² olan geyim mağazasının yanar konstruksiyaları yanıb, yüksək temperaturdan sahəsi 19 m² olan dönərxananın lambirindən ibarət tavanı əriyib. Obyektin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.