Sumqayıtda güllələnən şəxslərin SON DURUMU

Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsində müalicə alan 1990-cı il təvəllüdlü Etibar Sarıyev ambulator müalicə üçün evə buraxılıb.

Sumqayıt Tibb Mərkəzi İctimaiyyətlə əlaqələr bölməsindən Yenicag.az-a verilən məlumata görə, cərrahiyyə şöbəsində müalicəsi davam etdirilən 1958-ci il təvəllüdlü Mehman Sarıyevin vəziyyəti kafi, Travmatologiya şöbəsində müalicə alan 1960-cı il təvəllüdlü Tərlan Fərəcovanın vəziyyəti isə stabil qiymətləndirilir.